Almaniyada yeni koalisiya hökuməti qurmaq üçün Xristian İttifaqı (CDU/CSU) partiyaları ilə Sosial Demokrat Partiyasının (SPD) razılaşdığı koalisiya protokolu imzalanıb.
Elchi.az Almaniyada yeni koalisiya hökuməti qurmaq üçün Xristian İttifaqı (CDU/CSU) partiyaları ilə Sosial Demokrat Partiyasının (SPD) razılaşdığı koalisiya protokolu imzalanıb.
Koalisiya hökumətində baş nazir vəzifəsini icra edəcək Xristian Demokrat Birlik (CDU) Partiyasının lideri Fridrix Merz, Xristian Sosial Birlik (CSU) Partiyasının lideri Markus Söder və SPD həmsədrləri Lars Klinqbeyl və Saskia Esken Berlində keçirilən mərasimdə “ Almaniyaya görə məsuliyyət” başlıqlı 144 səhifəlik koalisiya sazişini imzalayıblar .
Merz bildirib ki, yeni koalisiya hökuməti Almaniyanı irəli aparmaq istəyir.
O, yeni hökumətin ictimaiyyətin narahatlığına ciddi yanaşacağını, infrastruktura sərmayə qoyacağını və Almaniyanın səsinin Avropada və dünyada eşidilməsini təmin edəcəyini bildirib.
Nuranə Məmmədova