image-images-72backend

Aİ İsraili Qəzzaya qarşı tədbir görməyə çağırıb

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anouar El Anouni, İsrailin Qəzza zolağına genişmiqyaslı hücumlar təşkil etmək planından narahat olduqlarını ifadə edərək, Təl-Əvivi bu mövzuda geri çəkilməyə çağırıb.
Elchi.az xəbər verir ki, Əl-Anouni Brüsseldə gündəlik mətbuat konfransında İsrail təhlükəsizlik kabinetinin Qəzzaya hücumları genişləndirmək planını təsdiqləməsi ilə bağlı sualı cavablandırıb.
Əl Anouni danışıqların regionda sülh və sabitliyə nail olmaq üçün yeganə yol olduğunu bildirib və əlavə edib: “Aİ humanitar yardımların dərhal əldə edilməsi və paylanması, həmçinin Qəzzəyə elektrik enerjisinin bərpası və kritik xidmətlərin bərpasına çağırıb”.
Əl Anouni İsraili humanitar yardımların paylanması üçün Qəzzə blokadasını ləğv etməyə çağırıb və deyib: “Aİ Fələstin xalqının son illərdə kifayət qədər əziyyət çəkdiyini və zorakılıq və iztirablara son qoymağın vaxtıdır”.
Qəzzada işğalı genişləndirməyi planlaşdırır
İsrailin təhlükəsizlik kabineti Qəzzaya hücumların genişləndirilməsi planını təsdiqləyib.
Plana Qəzzada daha çox ərazinin işğalı və “bufer zonaları”nın genişləndirilməsi daxildir.
Bura həmçinin İsrail ordusunun işğal olunmuş ərazilərdən geri çəkilməməsi və fələstinlilərin məcburi olaraq Qəzzanın cənubuna köçürülməsi də daxildir.
Planın təsdiqindən sonra yerli mətbuata açıqlama verən İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Qəzzanı daimi olaraq işğal edəcəklərini bildirib.
İsrail mediası ABŞ prezidenti Donald Trampın bu ay Yaxın Şərqə səfərinin sonuna qədər əsirlərin mübadiləsi ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə ordunun Qəzza zolağına genişmiqyaslı hücumlar təşkil etməyi planlaşdırdığını bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki