İsrail ordusunun atəşkəsi pozduqdan sonra martın 18-də bərpa etdiyi Qəzza zolağına hücumlarını genişləndirmək planları çərçivəsində kütləvi şəkildə ehtiyat əsgərləri çağırmağa hazırlaşdığı bildirilir.
Elchi.az xəbər verir ki, İsrail mediası ordunun Qəzza zolağına hücumlarını genişləndirməyi planlaşdırdığını və kadr böhranı və israilli məhbusların taleyi ilə bağlı daxili gərginliyin artması fonunda ehtiyat qüvvələri çağıracağını bildirib.
“Yedioth Ahronot” qəzetində qeyd olunub ki, ehtiyatda olan zabitlər bu yaxınlarda öz bölmələrinə gözlənilməz çağırışa hazır olmaq üçün məlumat veriblər.
Növbəyə çağırılacaq ehtiyat qüvvələrin iki əsas qrupa bölünəcəyi, bir qrupa Qəzza daxilində hücumlarla bağlı vəzifə veriləcəyi, digər qrupun isə həyata keçiriləcək hücumlarda avanqard olacaq birlikləri əvəz edəcək briqadalar olacağı bildirildi.
Ordunun ən böyük nizami diviziyası olan 36-cı Zirehli Diviziyanın Qəzzanın cənubundakı Rəfaha şiddətli hücumlarını davam etdirdiyi, HƏMAS ilə danışıqlarda irəliləyiş əldə olunmayacağı təqdirdə hücumların genişləndiriləcəyi qeyd edilib.
Orduda kadr böhranı
Yedioth Ahronot İsrail Baş Qərargah rəisi Eyal Zamirin ordunun hazırkı vəziyyətdə qoşunların sayının azalması və “müharibə məqsədləri” üçün kifayət qədər əsgərin olmaması səbəbindən “bu missiyanı təkbaşına yerinə yetirə bilməyəcəyini” ifadəsinə istinad edib.
İsrail ordusunun 2025-ci il üçün ehtiyatda olan hərbi xidmət müddətini iki ay yarımla məhdudlaşdırmağı hədəflədiyi, təxminən üç həftə əvvəl orduda kadr çatışmazlığı və bölmələrə təzyiqlərin artması səbəbindən iki ehtiyat batalyonun xidmət müddətinin daha iki ay uzadıldığı bildirilib.
Xəbərdə Zamirin ultra-pravoslav yəhudilərin (Haredimlər) məcburi hərbi xidmətdən imtina etməsinə işarə edərək, “hərbi xidmətdən yayınanlara mülki cəzalar verilməsini” çağırdığı qeyd edilib və gələn ilin iyun ayının sonuna kimi ümumilikdə 24 min Haredi gəncinin hərbi xidmətə cəlb olunacağı bildirilib.
Digər tərəfdən, indiyədək cəmi 300-ə yaxın Haredi gəncinin orduya cəlb olunduğu və ordunun hökumətin siyasətinə uyğun olaraq bu sanksiyanı həyata keçirməkdən çəkindiyi bildirilib.
Ordunun müxtəlif bölmələrindən olan 11 min ehtiyatda olan və istefada olan hərbçi bəyanat yayaraq, hücumların dayandırılmasını və Qəzza zolağında israilli məhbusların azad edilməsini tələb ediblər.
Netanyahunun Qəzzaya hücumların genişləndirilməsi planını müzakirə edəcəyi gözlənilir
İsrailin baş naziri Benyamin Netanyahunun bu gün müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Eyal Zamir ilə Qəzza zolağına hücumların genişləndirilməsi planlarını müzakirə etmək üçün görüş keçirəcəyi gözlənilir.
Müdafiə naziri Katz və Baş Qərargah rəisi Zamir tərəfindən təsdiqlənən Qəzzaya hücum planlarının Netanyahuya təqdim edilməsi nəzərdə tutulur.
Nuranə Məmmədova