Yaxın Şərqdə müharibə gərginliyi günü-gündən artmaqda davam edir.
Elchi.az xəbər verir ki, Husi ordusunun sözçüsü briqada generalı Yəhya Seri, ABŞ-ın “USS Carl Vinson” təyyarədaşıyan gəmisini və onu müşayiət edən döyüş təyyarələrini Oman dənizində hədəf aldıqlarını açıqlayıb.
“Maan” xəbər agentliyindən əldə edilən məlumata görə , Husilərin hərbi sözçüsü briqada generalı Yəhya Seri, bu əməliyyatın USS Harry S. Truman təyyarə gəmisini bölgəni tərk etməyə məcbur etdiklərini iddia etdikləri bir hərəkətdən sonra həyata keçirildiyini bildirib.
Husi sözçüsü ayrı bir açıqlamada İsrailin işğalçı ordusuna aid Təl-Əvivin Yaffa şəhərindəki bəzi kritik hərbi və strateji nöqtələrin birgə əməliyyatda hədəf alındığını bildirib.
Nuranə Məmmədova