image-3454345tybackend

Putin: Rusiyanın 246 hərbçisi BƏƏ sayəsində Pasxa bayramı ərəfəsində qaytarılıb

Rusiya Prezidenti Vladimir Putin BƏƏ-dən olan həmkarı Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığında Əbu Dabinin Rusiya-Ukrayna əsirlərinin mübadiləsində göstərdiyi köməyi yüksək qiymətləndirib.

Elchi.az xəbər verir ki, bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bundan əvvəl Rusiya və Ukraynanın hərbi qulluqçuların meyitlərinin mübadiləsini apardığı bildirilmişdi. 41 nəfərin meyiti Rusiya tərəfinə, 909 hərbçinin meyiti isə Ukrayna tərəfinə qaytarılıb.

“Əmirlik tərəfinin səyləri sayəsində 246 rusiyalı hərbçi Pasxa bayramı ərəfəsində (19 apreldə) vətənə qayıda bilib”, – məlumatda bildirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki