image-nukleer-pazarlikta-sicak-gelisme-tarih-belirsiz-abd-iran-muzakereleri-ertelendi-17461112031841backend

İran-ABŞ nüvə danışıqları təxirə salınıb

Omanın vasitəçiliyi ilə mayın 3-də İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında keçiriləcək nüvə danışıqlarının dördüncü raundunun təxirə salındığı açıqlanıb.
Elchi.az xəbər verir ki, danışıqlarda vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi X sosial media hesabından verdiyi açıqlamada təxirə salınma qərarının “logistik səbəblərə” görə verildiyini bildirib.
“Biz mayın 3-ü şənbə gününə planlaşdırılan ABŞ – İran görüşünü logistik səbəblərə görə dəyişdiririk . Yeni tarix tərəflər arasında razılıq əldə edildikdən sonra elan ediləcək”, – Busaidi bildirib.
İran və ABŞ arasında danışıqlar prosesi
2018-ci ildə ölkəsini İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp mart ayında İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına və təhdidlərə çağırıb.
İran Oman vasitəsilə məktuba cavab verib.
Məktub axınının ardınca Tehran və Vaşinqton bir həftə ara ilə əvvəlcə Omanda, daha sonra Romada və yenidən Omanda dolayı danışıqlar aparıblar.
Həm İran, həm də ABŞ danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.
Tərəflər razılığa gəliblər ki, danışıqların dördüncü raundu mayın 3-də Romada keçiriləcək.
ABŞ-ın İrana hücum təhdidləri və yeni sanksiyalar
Dünən Vaşinqton administrasiyası İrana qarşı “maksimum təzyiq” kampaniyası çərçivəsində dördü Birləşmiş Ərəb Əmirliklərində, biri isə Türkiyədə yerləşən İran neftinin satışı ilə məşğul olan ümumilikdə yeddi şirkətə sanksiya tətbiq etdiyini açıqlayıb.
ABŞ-ın müdafiə naziri Pete Hegseth də sosial media hesabında “İrana mesaj” başlıqlı mesaj paylaşaraq, “Husilərə ölümcül dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi çox yaxşı bilirik. Siz ABŞ ordusunun nəyə qadir olduğunu çox yaxşı bilirsiniz və sizə xəbərdarlıq edilib. Bunun nəticələrini seçdiyimiz vaxt və yerdə ödəyəcəksiniz” deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də iki ölkə arasında danışıqların davam etdiyi bir vaxtda ABŞ-ı “ziddiyyətli hərəkətlər və təxribat xarakterli bəyanatlar verməkdə” ittiham edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki