Almaniyanın şimalında Timmendorfer-Ştrand icmasının (Şlezviq-Holşteyn federal torpağı) liman ərazisində partlayış baş verib.
Elchi.az xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, partlayışa səbəb qaz balonunun partlaması olub.
Məlumata görə, 10-a yaxın şəxs xəsarət alıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.