Husilərin Yəmənin cənubundakı Lahc əyalətində hökumət mövqelərinə qurudan hücumu nəticəsində 2 hərbçi ölüb, 5-i yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyinə adının çəkilməsini istəməyən mənbə bildirib.
Məlumata görə, husilər genişmiqyaslı hücumda reaktiv qumbaraatanlardan istifadə etməklə Lahcda “Hədd Yafea” cəbhəsi yaxınlığında hökumətin nəzarətində olan hədəfləri atəşə tutub.
Hökumət qüvvələri hücuma qarşılıq verib, hücum edənlərdən 4-nü öldürüb, qalanlarını isə geri çəkilməyə məcbur edib.
Bildirilib ki, Yəmənin şimalının böyük hissəsinə nəzarət edən husilər 2014-cü ildən bəri beynəlxalq səviyyədə tanınan hökumətə qarşı döyüşür.