image-0131678b-626f-3f08-bed5-dcad04c2036f_850backend

İstanbulda icazəsiz aksiyalar keçirməyə cəhd edilib, 300 nəfər saxlanılıb

İstanbul şəhərinin hüquq-mühafizə orqanları hökumət tərəfindən icazə verilməyən kortəbii aksiyaların təşkilinə cəhd etdikləri üçün təxminən 300 nəfəri saxlayıb.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Müasir Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.

Qeyd olunub ki, şəhər administrasiyası icazəsiz 1 May nümayişlərinin keçirilməsinin qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

İstanbul hakimiyyəti həmkarlar ittifaqlarına 1 May nümayişlərini yalnız Kadıköy və Kartalda keçirməyə icazə verib. Türkiyədə mayın 1-də qeyd olunan Əmək və Həmrəylik Günündə təhlükəsizliyin təmin edilməsi üçün təxminən 40 min polis cəlb edilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki