image-ccffbackend

ABŞ Ukraynaya 50 milyon dollarlıq silah satmağı planlaşdırır

ABŞ Ukrayna ilə təbii sərvətlər haqqında müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollarlıq silah satmağı planlaşdırır.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” qəzeti yazıb.

Mənbələrin məlumatına görə, təchizat birbaşa satış yolu ilə həyata keçiriləcək. Bildirilib ki, əvvəlki yardımdan fərqli olaraq, yeni təchizatlar kommersiya əsasında həyata keçiriləcək.

Kiyevə verilməsi nəzərdə tutulan konkret silah növləri açıqlanmır.

Bildirək ki, ABŞ və Ukrayna mayın 1-nə keçən gecə təbii sərvətlər haqqında müqavilə imzalayıblar. Onun tam mətni hələ dərc edilməyib. KİV-in məlumatına görə, sənəd Ukrayna üçün birbaşa təhlükəsizlik zəmanətləri nəzərdə tutmur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki