Oropuche virusu Zika və Dengue qızdırmasına bənzər qızdırmalara səbəb olur. Son araşdırmalar, virusun Latın Amerikasında əvvəllər düşünüldüyündən çox daha geniş yayıldığını ortaya çıxardı və xüsusilə hamilə qadınlar üçün potensial risklər yaratdığına dair xəbərdarlıq etdi. Ekspertlər qlobal iqlim dəyişikliyinin bu yayılmada təsirli ola biləcəyinə diqqət çəkirlər.
Elchi.az xəbər verir ki, tədqiqatçılar tərəfindən aparılan genişmiqyaslı araşdırma, Oropuche virusunun Latın Amerikasında geniş yayıldığını, lakin böyük ölçüdə diaqnoz qoyulmadığını ortaya qoydu.
Araşdırmanın nəticələri “The Lancet Infectious Diseases” jurnalında dərc olunub.
Charite Virusologiya İnstitutunda və eyni zamanda Almaniya İnfeksiya Tədqiqat Mərkəzində çalışan Prof. Dr. Mehmet Özcan, “Məlumatlarımız göstərir ki, Oropuche virusu Latın Amerikasında böyük ölçüdə diaqnoz qoyulmamış bir ictimai sağlamlıq problemidir. Bəzi bölgələrdə hər on adamdan biri əvvəllər virusa yoluxmuş ola bilər” Jan Feliks Drexler bildirib.
Semptomlar yüngül olsa belə, risk yüksəkdir
1950-ci illərdə müəyyən edilmiş Oropouche virusu bu günə qədər yalnız məhdud sayda hallarda məlum olmuşdur. Bununla belə, 2023-cü ilin sonundan bəri bildirilən halların sayı 20 mini keçib. Bunun iki gənc qadının ölümünə və bəzi hamiləliklərdə aşağı düşməsinə və ya körpədə inkişaf pozğunluğuna səbəb olduğu bildirilir.
Virus; Qızdırma, titrəmə, baş ağrısı, əzələ və oynaq ağrıları, ürəkbulanma və dəri döküntüsü kimi əlamətlərlə özünü göstərir. Bununla belə, mütəxəssislər hamiləlik zamanı virusa məruz qalmanın dölə hansı təsirinin olduğunun hələ də aydın olmadığını deyirlər.
Drexler, “Hələ bunun Zika virusu kimi ciddi doğuş qüsurlarına səbəb olub-olmadığını bilmirik. Lakin ilkin tapıntılar Oropuche-nin təsirlərinin Zika kimi ciddi olmadığını göstərir” deyib.
Oropuche virusuna qarşı hələ də peyvənd və ya spesifik müalicə yoxdur.
İnfeksiya iqlim şəraiti ilə sıx bağlıdır
Tədqiqatçılar 2001-2022-ci illər arasında Boliviya, Braziliya, Kolumbiya, Kosta-Rika, Ekvador və Peruda toplanmış 9400-dən çox qan nümunəsini araşdırıblar. Tapıntılara görə, virusa qarşı antikorlar Latın Amerikası üzrə təxminən hər 100 nəfərdən 6-da aşkar edilib.
Xüsusilə Amazon bölgəsi kimi alçaq və isti bölgələrdə yoluxma nisbətləri 10 faizi ötür, yüksək dağlıq ərazilərdə isə bu nisbət çox aşağıdır.
Tədqiqat qrupu maşın öyrənmə üsullarından istifadə edərək virusun yayılmasına təsir edən ekoloji və demoqrafik amilləri təhlil edib. Nəticələrə görə, daimi istilik və güclü yağış kimi iqlim şəraiti virusun yayılmasında əsas amillərdəndir. Elm adamları El Nino hava hadisəsinin də hazırkı epidemiyaya səbəb ola biləcəyini düşünürlər.
Drexler xəbərdarlıq etdi ki, “iqlim dəyişikliyi davam edərsə, Oropuche virusunun yayılması daha da arta bilər.”
Müdafiə üsulları
Virus adətən “görünməz milçəklər” kimi tanınan 3 millimetrdən kiçik milçəklər vasitəsilə ötürülür. Bu milçəklər standart ağcaqanad torlarının məsamələrindən keçəcək qədər kiçikdir.
Mütəxəssislər bildirirlər ki, ərazidə olacaq insanlar uzun paltar geyinməli, tərkibində DEET və ya icaridin olan həşərat kovuculardan istifadə etməli, incə ağ ağcaqanad torlarından istifadə etməlidirlər. Xüsusilə hamilə qadınların bu bölgələrə getməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur.
Şayəstə Hüseynova