image-kremlin-dogrudan-muzakereler-icin-ukraynadan-sinyal-bekliyoruz-pfe2backend

Kreml: Birbaşa danışıqlar üçün Ukraynadan siqnal gözləyirik

Kremlin sözçüsü Dmitri Peskov Ukraynadan Rusiya ilə birbaşa danışıqlara başlamağa hazır olduqlarına dair siqnal gözlədiklərini bildirib.
Elchi.az xəbər verir ki, Peskov cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
ABŞ prezidenti Donald Trampın Rusiyaya Ukrayna hədəflərinə hücumları dayandırmaq çağırışına münasibət bildirən Peskov, “Xüsusi hərbi əməliyyat davam edir. Rusiya prezidenti Vladimir Putin dəfələrlə təsdiqləyib ki, Rusiya tərəfi Ukrayna ilə sülh yoluna getmək üçün heç bir şərt olmadan danışıqlar prosesinə başlamağa hazırdır”. ifadələrdən istifadə edib.
Jurnalistin Ukrayna ilə birbaşa danışıqlarla bağlı Kiyev və ya Vaşinqtondan siqnal gözlədikləri ilə bağlı sualını cavablandıran Peskov, “Kiyevdən. Kiyev heç olmasa bu mövzuda addım atmalıdır. Bunun üçün qanuni qadağalar var. Amma indiyə qədər heç bir addım görmədik” deyib.
Kursk vilayətində Şimali Koreya əsgərləri ilə Ukrayna hərbçiləri arasında baş verən toqquşmalardan danışan Peskov bildirib ki, Kursk vilayətinin Ukraynadan azad edilməsi “bu hərbçilərin nə qədər səmərəli fəaliyyət göstərdiyini göstərir”.
“Bizim aramızda qüvvədə olan saziş var, ona əsasən, tərəflər faktiki olaraq zəruri hallarda bir-birlərinə əhəmiyyətli yardım göstərməyi öhdələrinə götürüblər”, – Peskov bildirib.
Peskov Şimali Koreya əsgərlərinin maaşlarını necə alması ilə bağlı suala cavab verməyib: “Bu, daha çox Müdafiə Nazirliyinin işidir”. ifadəsini işlətdi.
Kiyevin Kursk bölgəsində hələ də ukraynalı əsgərlərin olması ilə bağlı iddialarına cavab verən Peskov diqqətin Putinin bəyanatına yönəlməli olduğunu vurğulayıb.
Peskov Putinin hazırda Şimali Koreya lideri Kim Çen Inla görüşünün planlaşdırılmadığını da bildirib.
ABŞ prezidenti Trampla görüşün hələlik gündəmdə olmadığını qeyd edən Peskov, lazım gələrsə, bu görüşün tez bir zamanda təşkil oluna biləcəyini deyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki