Hərbi geyimli silahlı şəxslər Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin qalıqlarını Qardaha şəhərindəki məzardan çıxararaq naməlum yerə aparıblar.
Elchi.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.
“Keçmiş prezident Hafiz Əsədin dəfn olunduğu yer qazılıb. Məzarın boş olduğu üzə çıxıb. Naməlum şəxslər məzardan qalıqları aparıblar”, – deyə telekanalın saytında qeyd olunub.
Bildirilir ki, məzar yerli sakinlərin diqqətinə düşən hərbi geyimli naməlum şəxslər tərəfindən qazılıb.
Yeganə