Türk kinosunun əfsanəsi “Sultan” ləqəbli Türkan Şorayın son zamanlar 25 kilo arıqlaması narahatlıqlara səbəb olub. Yeşilçamın unudulmaz simalarından biri olan Şoray bu dəyişikliklə bağlı diqqətləri üzərinə çəkib.
Elchi.az Milli.az-a istinadla xəbər verir ki, məlumata görə Şorayın sürətli arıqlaması Kuşinq sindromu ilə əlaqəlidir.
Bədənin həddindən artıq kortizol istehsal etməsi nəticəsində yaranan bu vəziyyət, sənətçinin çəkisinə nəzarət etməsini çətinləşdirib. Şorayın bir müddətdir bu xəstəliklə mübarizə apardığı və indi sağaldığı bildirilib.
Kuşinq sindromu bədəndə kortizol hormonunun həddindən artıq istehsal olmasından qaynaqlanır. Bu vəziyyət qarın nahiyəsində çəki artımı və “ay üzü” adı verilən yuvarlaq üz forması kimi fiziki simptomlarla özünü büruzə verir.
Məqaləyə dair fotomateriallar: