“Pakistan və Hindistan yaxın günlərdə müharibəyə başlaya bilər”.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Pakistan Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif deyib.
“Müharibə buludları regionun üzərində toplanır və Pakistan-Hindistan arasında gərginlik həyəcanverici həddə çatır”, – deyə müdafiə naziri vurğulayıb.
Asif qeyd edib ki, lazım gələrsə, Pakistan bütün gücü ilə cavab verəcək. Artıq ölkə yüksək hazırlıq vəziyyətindədir.
Yeganə