ABŞ iqtisadi zorakılıqla məşğuldur.
Elchi.az xəbər verir ki, bunu Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey brifinqdə deyib.
ABŞ-ın tarifləri qlobal iqtisadi güc balansını ciddi şəkildə sarsıdır: “ABŞ-ın tətbiq etdiyi tariflər artıq çətinlik çəkən beynəlxalq ticarət sisteminə əlavə yük gətirir və qlobal iqtisadi artım perspektivlərinə ciddi çağırışlar yaradır”.
Səfir hazırda ABŞ-ın artan tariflərinin inkişaf etməkdə olan bir çox ölkə üçün ciddi problem yaratdığını qeyd edib: “Bu tariflər qlobal iqtisadi mənzərəyə açıq-aşkar böyük risk yaradır”.