ABŞ-da Elizabet Siti Dövlət Universitetində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Şimali Karolinanın şərqindəki universitetdə Vikinqlər Festivalının son günündə atışma baş verib. Festivalın bağlanmasından əvvəl keçirilən “Yard Fest” tədbiri zamanı baş verən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Ölən şəxsin tələbə olmadığı, yaralıların xəstəxanaya aparıldığı bildirilib.
Hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra kampus müvəqqəti bağlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
“Universitet bu mənasız hərəkətdən dərin kədər hissi keçirir”, – universitetin bəyanatında deyilir.
Şayəstə Hüseynova