image-66efbcfb6c5ae66efbcfb6c5af1726987515d105eed89c15d0f22aa15ac2a4544b00backend

Paşinyan Estoniyaya səfər edib 

Ermənistanın baş naziri Nikol Paşinyan Estoniyaya rəsmi səfərə gedib.

Elchi.az xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan Estoniya prezidenti Alar Karis ilə görüşəcək.

Ermənistanın baş naziri Estoniyanın baş naziri Kristen Michal ilə də danışacaq, ondan sonra görüş geniş tərkibdə davam etdiriləcək. Görüşdən sonra Ermənistan və Estoniyanın baş nazirləri mətbuata açıqlamalar verəcəklər.

Ermənistanın baş naziri Estoniya parlamentinin sədri Lauri Hussarla da görüşəcək. Səfər çərçivəsində Estoniyadakı erməni icmasının nümayəndələri ilə görüş də nəzərdə tutulub.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki