Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var.
Elchi.az xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkədə məlumat yayıb.
“Axşam saat 20:00 radələrində (Bakı vaxtı ilə 7:00) sürücünün avtomobili küçə festivalında izdihamın üzərinə sürməsi nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Sürücü saxlanılıb”, – məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.