image-19161f45-36ea-39ef-9dc8-ac48c850df85_850backend

İsrail Ordusu Beyrutun cənubundakı sakinlərə hava hücumu barədə xəbərdarlıq edib

İsrail hərbçiləri Livan paytaxtının cənubundakı Hadas şəhərinin sakinlərini “Hizbullah”ın şübhəli hədəfinə yaxınlaşan hava hücumu ilə əlaqədar təcili olaraq təhlükəsiz əraziyə təxliyə olunmağa çağırıb.

Elchi.az xəbər verir ki, bunu İsrail Ordusunun rəsmi nümayəndəsi Aviçai Edri “X” sosial şəbəkəsində deyib.

“Təhlükəsizlik baxımından “Hizbullah” obyektinin yaxınlığında olan hər kəs dərhal bitişik binaları tərk etməli və onlardan ən azı 300 metr aralıda dayanmalıdır”, – Edri qeyd edib.

Ordu rəsmisi planlaşdırılan zərbələrin dəqiq yerinin işarəsi olan xəritəni də paylaşıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki