İran Prezidenti Məsud Pezeşkian Bəndər-Abbas şəhərinə səfər edib.
Elchi.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkian partlayış baş verən Şəhid Rəcai limanına gedəcək, limanda aparılan xilasetmə işləri ilə tanış olacaq.
Qeyd edək ki, İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində 25 nəfər ölüb, 1139 nəfər isə yaralanıb.