image-owl_detail_620_fe7f70d3809846b3cb3ea278503906afbackend

“Lavrovun nasizmlə bağlı sözlərini aqressiv” – Polşa 

“Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun Avropada nasizmin canlanması ilə bağlı sözləri aqressivdir”.

Elchi.az xəbər verir ki, bu barədə Polşanın “O2” yazıb.

“Rusiya siyasətçiləri Avropa İttifaqının (Aİ) və onun üzvü olan ölkələrin Moskvada mayın 9-da keçiriləcək Qələbə Paradına qatılmamaq barədə qərarına aqressiv reaksiya veriblər. Lavrov aqressiv ritorikadan istifadə edərək, “Rusiya nasizmə dözməyəcək” cavabını verib”, – deyə qəzetdə qeyd edilib.

Məqalədə vurğulanır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da məsələyə aqressiv münasibət bildirib.

Xatırladaq ki, Lavrov Aİ-yə üzv namizədlərin Moskvada mayın 9-u ilə bağlı paradda iştirakına qadağa qoyulmasını şərh edib. Onun fikrincə, bu cür qərarlar Avropada nasizmin dirçəlməsindən xəbər verir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki