image-a2e1158a-f4f6-3d6e-9963-9ae82b1573a6_850backend

Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq

ABŞ və İran arasında danışıqların dördüncü raundunun yerini İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli prosesində vasitəçilik edən Oman hakimiyyəti elan edəcək.

Elchi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziyasına açıqlamasında deyib.

“Növbəti raund çox güman ki, şənbə günü baş tutacaq. Oman hökuməti bütün təfərrüatlarla məşğuldur. Onlar bütün məlumatları, o cümlədən danışıqların yerini hər iki tərəfə çatdıracaqlar”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında dialoqun üçüncü raundu şənbə günü Maskatda başa çatıb. Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında respublikanın nüvə proqramı üzrə potensial sazişin detallarını müzakirə edən ekspertlərlə texniki məsləhətləşmələr aparılıb.(report)

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki