image-cinin-washington-buyukelciligi-abd-ile-tarife-muzakeresi-yapilmiyor-kdtcbackend

Çinin Vaşinqton səfirliyi: ABŞ-la tarif danışıqları yoxdur

Çinin Vaşinqtondakı səfirliyi Çin və ABŞ arasında tariflərlə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparılmadığını və heç bir razılaşmanın olmadığını bildirib.
Elchi.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyindən verilən açıqlamada tarif müharibəsini başlatan tərəfin ABŞ olduğu vurğulanaraq, “Əgər ABŞ həqiqətən də problemləri dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, dərhal səhvindən dönməli, təhdid və şantajlara son qoymalıdır. Çinə qarşı birtərəfli əlavə gömrük rüsumlarını tamamilə ləğv etməli, Çinlə bərabərlik, hörmət və qarşılıqlı fayda əsasında dialoq qurmalıdır.”
Açıqlamada, yeni dövrdə Çin və ABŞ arasında qazanılan əməkdaşlıq əlaqələrinin inkişafı üçün ən doğru üsul olduğu vurğulanıb və əlavə edilib: “Bir tərəfdən Çinlə güzəştə getmək istədiyinizi söyləmək, digər tərəfdən isə Çinə davamlı təzyiq göstərmək münasibətləri inkişaf etdirmək üçün nə doğru üsuldur, nə də işə yarayacaq”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki