Ukrayna prezident Volodimir Zelenski Ukraynanın ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, sonuncu dəfə yaranan mübahisə heç bir tərəfə sərf etmədi.
Elchi.az xəbər verir ki, Zelenski bu barədə “Daily Wire” nəşrinə müsahibəsində bildirib.
“Bizim müzakirə edəcəyimiz çoxlu məsələlər var idi. Həyatımızın müxtəlif mərhələlərində daha fəlsəfi görüşlər keçirmişik, o cümlədən prezident Trampla görüşlər də bu qəbildən olub. Ona görə də hesab edirəm ki, Ağ Evdə keçirilən görüşdəki mübahisə nə Ukraynaya, nə də ABŞ-a kömək etdi”, – deyə Zelenski bildirib.
Yeganə