Nigeriyanın Benue əyalətində sərnişin daşıyan iki mikroavtobusa silahlı basqın zamanı 15 nəfər qaçırılıb.
Elchi.az xəbər verir ki, Nigeriya Yol Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının Benue katibi Yakubu Onu verdiyi açıqlamada silahlı şəxslərin Nada-Adoka magistral yolunun Gwer bölgəsində sərnişin daşıyan iki avtomobilə basqın etdiklərini söylədi.
Onu qeyd edib ki, silahlı basqın zamanı əksəriyyəti qadın olan 15 nəfər qaçırılıb.
Onu hadisə ilə bağlı polisə məlumat verdiklərini və əyalətdə artan hücumların narahatlıq doğurduğunu bildirib.
Benue əyalətində heyvandarlıqla məşğul olan Fulani qəbiləsi ilə əkinçiliklə məşğul olan bəzi tayfalar arasında ara-sıra şiddətli toqquşmalar baş verir.
Aprelin 15-də Benue əyalətinin Otukpo-Akpa bölgəsində silahlı şəxslərin hücumları nəticəsində 70-dən çox adam həlak olub.
Heyvanlarını otarmaq üçün ölkənin müxtəlif bölgələrinə köç edən fulanilər fermerlərin heyvanlarını oğurlamağa çalışdıqlarını və onlara hücum etdiklərini iddia edirlər.
Silahlı dəstələr də bu münaqişələrdən istifadə edərək hücumlar təşkil edir və yerli əhalini təhdid edirlər.
Şayəstə Hüseynova