image-ab5051aa-c7c2-3f30-b850-63257b15eaee_850backend

Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var

Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Elchi.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib.

“Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır”, – o qeyd edib.

Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın baş verib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki