Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Myanma nümayəndəsi Tuhara Fernando ölkədə baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində 3700-dən çox insanın həyatını itirdiyini, 114 nəfərin isə hələ də itkin düşdüyünü bildirib.
Elchi.az xəbər verir ki, Fernando öz qiymətləndirmələrini Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edərək edib.
Myanmanın mərkəzində baş verən iki güclü zəlzələdən bir ay keçdiyini xatırladan Fernando, “3700-dən çox insan həyatını itirib, 5100-ə yaxın insan yaralanıb və 114 nəfər hələ də itkin düşüb . On minlərlə insan hələ də köçkün vəziyyətindədir, bir çoxu yalnız divarları olmayan müvəqqəti çadırlarda yaşayır və plastik təbəqələr yoxdur” deyib.
Fernando xəbərdarlıq edib ki, yoluxucu xəstəliklərin yayılma riski sürətlə artmaqdadır və musson mövsümü yaxınlaşdıqca dang və malyariya təhlükəsi reallığa çevrilir.
Zəlzələdən zərər çəkmiş bölgələrdə su ehtiyatlarının çirkləndiyinə diqqət çəkən Fernando sözlərini belə yekunlaşdırdı:
“Hazırda kritik bir mərhələdəyik. Dərhal və davamlı maliyyələşdirmə olmadan ikinci dərəcəli sağlamlıq böhranı riski var. ÜST əməliyyatları davam etdirmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yaxın gələcək üçün əsas qayğının təmin edilməsini davam etdirmək üçün 8 milyon dollar tələb edir.”
Myanmada zəlzələlər
Martın 28-də Myanmanın mərkəzindəki Saqainq bölgəsi yaxınlığında 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlərdə həyatını itirənlərin sayı 3689-a, yaralananların sayı isə 5020-yə yüksəlib.
Qonşu Tayland və Çində də güclü hiss edilən zəlzələlər ölkədə böyük dağıntılara səbəb olub.
Nuranə Məmmədova