Reuters: Aİ və Kiyev Ukrayna Silahlı Qüvvələrinə qoyulan məhdudiyyətlərə qarşıdır.
Elchi.az xəbər verir ki, Avropa və Ukrayna münaqişənin həlli ilə bağlı əks təklifin bir hissəsi olaraq Ukrayna silahlı qüvvələrinə məhdudiyyətlərin tam olaraq aradan qaldırılmasını tələb edirlər. Reuters bu barədə sənədə istinadən xəbər verir.
Nəşr təşəbbüsün müddəalarından sitat gətirir: “Ukrayna silahlı qüvvələri üçün heç bir məhdudiyyət olmamalıdır”.
Əsas tələblər: Ukrayna ərazisində xarici qüvvələrin yerləşdirilməsi, silahlanması və əməliyyatlarına qoyulan qadağaların aradan qaldırılması.
Bir gün əvvəl Donald Tramp bəyan etmişdi ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına əsas maneə Vladimir Zelenskinin mövqeyidir. Amerika prezidentinin sözlərinə görə, diplomatik səylərə və müttəfiqlərin təzyiqlərinə baxmayaraq, Kiyev Vaşinqtonun əsas təkliflərini rədd edir. Cənubi Afrikada çıxış edən Zelenskinin özü aprelin 23-də Londonda Trampın sülh planına düzəlişləri ehtiva edən yeni sənədin razılaşdırıldığını və bu sənədin indi ABŞ prezidentinə təhvil verildiyini bildirib.
Şayəstə Hüseynova