Cənubi Amerikanın Ekvador ölkəsində 6,3 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Birləşmiş Ştatların Geoloji Tədqiqatı (USGS), episentri Esmeraldas əyalətinin 20 kilometr şimal-qərbində olan 6,3 bal gücündə zəlzələnin 35 kilometr dərinlikdə meydana gəldiyini açıqlayıb.
Zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb, sunami xəbərdarlığı edilməyib.
2016-cı il aprelin 17-də Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77-dən çox insan həyatını itirib.
Ölkə seysmik aktivliyin intensiv olduğu “Sakit okean od halqası” adlanan zəlzələ zonasında yerləşir.
Nuranə Məmmədova