Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkovu qəbul edib və Ukrayna böhranının həllini müzakirə edib.
Elchi.az xəbər verir ki, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov paytaxt Moskvada jurnalistlərə Putin və Vitkoffun görüşünü dəyərləndirib.
Təxminən 3 saat davam edən görüşün konstruktiv və faydalı keçdiyini bildirən Uşakov qeyd edib:
“Bu, Vitkoffun Rusiyaya dördüncü səfəridir . Görüş Rusiya və ABŞ-a Ukrayna və digər beynəlxalq məsələlərlə bağlı mövqelərini yaxınlaşdırmağa imkan verib. Görüş zamanı Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyü müzakirə olunub. Rusiya və ABŞ arasında müxtəlif səviyyələrdə məhsuldar dialoq ən fəal şəkildə davam etdiriləcək”.
Uşakov bu gün İkinci Dünya Müharibəsində sovet və amerikalı əsgərlərin “Elba görüşü”nün 80 illiyinin qeyd olunduğuna diqqət çəkərək, Putinlə Vitkoffun görüşünün simvolik olduğunu vurğulayıb.
Rusiya prezidenti Putin Sankt-Peterburqda Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb. Təxminən 4,5 saat davam edən görüşdə Ukrayna probleminin həlli aspektləri müzakirə olunub.
Nuranə Məmmədova