image-abd-baskani-trump-umarim-rusya-ve-ukrayna-bu-hafta-bir-anlasma-yapar-r4znbackend

Tramp: Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər

Rusiya-Ukrayna müharibəsi ilə bağlı sosial media hesabından paylaşım edən ABŞ prezidenti Donald Tramp, “Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə bir razılaşma əldə edəcəklər. Beləliklə, onların hər ikisi inkişaf etməkdə olan ABŞ-la böyük iş görməyə başlayacaq və sərvət qazanacaq” dedi.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın bu həftə iki ölkə arasında müharibəyə son qoymaq üçün razılığa gəlməsini gözlədiyini bildirib.
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın bu həftə iki ölkə arasında müharibəyə son qoymaq üçün razılığa gələcəyinə ümid etdiyini bildirib. “Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılaşma əldə edəcəklər. Və onların hər ikisi inkişaf etməkdə olan Birləşmiş Ştatlarla böyük iş görməyə başlayacaq və sərvət qazanacaq”, – Tramp deyib.
Rusiya prezidenti Vladimir Putin Pasxa bayramını qeyd etmək üçün dünən Ukrayna ilə atəşkəs elan edib. Əgər uzadılma olmasa, atəşkəs saat 00:00-da başa çatacaq.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki