image-b7ac008c-29b2-314e-bc6d-b24914a4d890_850backend

Bu ilin I rübündə 8 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Cari ilin birinci rübündə əlilliyi olan 8 min 700 uşağa reabilitasiya xidmətləri göstərilib.

Elchi.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi uşaqlardan 5 900 nəfəri ambulator, 431 nəfəri stasionar, digərlərini isə icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb edib.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki