Tramp administrasiyası Harvard universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır. Buna səbəb məktəbin siyasətini dəyişməkdən imtina etməsidir.
Elchi.az xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, universitetin tibbi tədqiqatları üçün ayrılan federal maliyyə dayandırılacaq.
Qeyd edək ki, bundan əvvəl Harvard universitetinin prezidenti Alan Qarber bildirib ki, məktəb Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcək.
Xavər