image-tbilisi-1backend

Söz vermişik, 2030-cu ilə qədər hazır olacaq – Tiflis

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası əhaliyə söz verib ki, ölkə 2030-cu ilə qədər AB-yə üzv olmağa namizəd digər dövlətlərlə müqayisədə daha çox hazır olacaq.

Elchi.az xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilib.

“Baxmayaraq ki, Avropa bürokratiyası hələ də Gürcüstanı şantaj etməklə, qeyri-demokratik qüvvələri hakimiyyətə qaytarmağa çalışır, biz ictimaiyyətə söz veririk ki, siyasi komandamız bütün çətinliklərin öhdəsindən layiqincə gələcək, Gürcüstan 2030-cu il üçün elan olunmuş AB-nin genişlənməsinə bütün namizəd ölkələr arasında ən hazırlıqlı ölkə olacaq. Ümid edirik ki, o vaxta qədər bugünkü Brüssel bürokratiyası AB-nin və Avropanın gələcəyinə yönəlmiş ləyaqətli, müstəqil elita ilə əvəz olunacaq”, – qeyd olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki