Rusiya prezidenti Vladimir Putin Roma Papası Fransiskin ölümünə münasibət bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.
Moskva Roma Papası Fransiski Rusiya ilə yaxşı rəftar etdiyi üçün xatırlayacaq, Putin deyib. O, həmçinin əlavə edib ki, şəxsən pontifiklə münasibətləri saxlayıb.
“Bu, Rusiyaya son dərəcə müsbət münasibət bəsləyən bir adamdır. Bunu əminliklə deyə bilərəm, biz dəfələrlə şəxsən görüşmüşük və müxtəlif kanallar vasitəsilə münasibətlərimizi davam etdirmişik. Bu, Rusiyaya son dərəcə müsbət münasibət bəsləyən bir şəxsdir, bir daha vurğulamaq istəyirəm”, – Putin bildirib.
Bundan əlavə, Putin Papa Fransiskin ölümü ilə bağlı bütün xristian dünyasına başsağlığı verib. O, həmçinin Roma Katolik Kilsəsinin Kamerlenqosu Əlahəzrət Kevin Cozef Farrelə teleqram göndərərək başsağlığı verib.
Nuranə Məmmədova