image-iki-donanma-karsi-karsiya-geldi-guney-cin-denizinde-gergin-dakikalar-17452432653718_1backend

İki donanma qarşı-qarşıya gəldi! Cənubi Çin dənizində gərgin anlar…

Filippin hərbi gəmisi və Çin donanması mübahisəli “Scarborough Shoal” yaxınlığında üz-üzə gəlib.  
Elchi.az xəbər verir ki, Cənubi Çin dənizində gərginlik yenidən artıb. Qarşılaşma ABŞ və Filippin arasında bölgədə genişmiqyaslı hərbi təlimdən bir neçə saat əvvəl baş verib.
Çin Xalq Qurtuluş Ordusunun Cənub Teatr Komandanlığı, aprelin 20-də Filippin hərbi gəmisinin “ölkənin suveren sularına soxulduğunu” və lazımi xəbərdarlıqlardan sonra bölgədən çıxarıldığını açıqlayıb. Komandanlığın sözçüsü polkovnik Cao Jiwei xəbərdarlıq edib: “Filippin tərəfi təxribatlarını dayandırmalı və ya nəticələri ilə üzləşməlidir”.
Filippin Hərbi Dəniz Qüvvələrinin sözçüsü kontr-admiral Roy Vinsent Trinidad bölgədəki suverenlik iddialarını təkrarlayıb. “Biz öz
Çin və Filippin donanmalarının qarşı-qarşıya qaldığı hadisə ABŞ və Filippinin 14 min hərbi təlim keçirdiyi illik Balikatan təliminin başlamasına az qalmış baş verib. Təyyarədaşıyan gəmilər, esmineslər və ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinin yer aldığı təlim mayın 9-dək davam edəcək.
Pekin isə öz növbəsində təlimi sərt sözlərlə tənqid edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun, “Filippinin qeyri-regional ölkə ilə keçirdiyi hərbi təlimlər strateji sabitliyə zərər verir”- deyib.
“Panatag” və ya “Huangyan” kimi tanınan “Scarborough Shoal”, Filippinin Luzon adasından 222 kilometr aralıda yerləşir. Çin və Filippinin suverenlik iddiaları ilə bağlı tez-tez toqquşduğu bölgə 2012-ci ildə faktiki olaraq Çinin nəzarətinə keçib.
Cənubi Çin dənizi təbii sərvətlərlə zəngin bir bölgədir, Çin 1947-ci ildə elan etdiyi xəritəyə əsasən ərazinin 80 faizini iddia edir. Filippinlə yanaşı, Vyetnam, Bruney və Malayziya da bölgədə hüquq iddiasındadır.
2016-cı ildə Haaqa Daimi Arbitraj Məhkəməsi Filippinin xeyrinə qərar çıxararaq, Çinin birtərəfli suverenlik iddialarını qanunsuz hesab edib. Lakin Pekin bu qərarı tanımadığını və bölgədəki hərbi mövcudluğunu davam etdirdiyini açıqlayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki