Bizim Astanadakı görüşümüz (Çinin sədri Si Szinpinlə – red.) və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
Elchi.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “Sinxua” agentliyinə məxsusi müsahibəsində söyləyib.
“ÇXR-in sədri Si Szinpinlə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”, – dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.