image-1674623382_635ccab0f3c59635ccab0f3c5a1667025584635ccab0f3c55635ccab0f3c57backend

Maştağada dayı qızı və bibi qızı itkin düşdü

Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb.
Elchi.az xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat verib.
Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı–bibi qızıdırlar.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən iki yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki