image-download-2025-04-21t203951-355backend

İran Trampa şərtlər qoyur

İran Ağ Ev rəhbəri Donald Trampın administrasiyası ilə dolayı danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkiyanın rəsmi saytında məlumat verilib.
” ABŞ ilə danışıqlarda biz milli maraqlarımızı qorumaqla müəyyən edilmiş çərçivədə razılığa gəlməyə hazırıq. Lakin Amerika tərəfi bizimlə bərabər şərtlərlə danışıqlar aparmaq istəməsə, İran öz yolu ilə getməyə davam edəcək”, – siyasətçi vurğulayıb.
Pezeşkian həmçinin bildirib ki, İslam Respublikası münaqişəni gərginləşdirməyə çalışmır, eyni zamanda “təhdid və təzyiqlərə də dözməyəcək”.
İran və ABŞ arasında dolayı danışıqlar aprelin 12-də Omanda baş tutub . İran tərəfini xarici işlər naziri Abbas Əraqçi , Amerika tərəfini isə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib. “Reuters”in məlumatına görə, ölkələrin nümayəndələri İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlər müqabilində bəzi sanksiyaların yumşaldılmasını müzakirə ediblər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki