ABŞ prezidenti Donald Tramp onların ticarət tərəfdaşlarına qarşılıqlı tariflər tətbiq etmək əzminin ciddiyə alınmasını müsbət hal kimi qiymətləndirib. “Dünyanın ciddi olduğumuzu bildiyini görmək çox xoşdur, çünki biz ciddiyik!” Tramp bildirib.
Elchi.az xəbər verir ki, Trump, Truth Social hesabında etdiyi paylaşımda, ticarət tərəfdaşlarına tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini açıqladığı və “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldən etibarən bir çox dünya lideri və iş adamının ona tariflərdən azad edilməsi tələbləri ilə gəldiyini bildirdi.
Prezident Tramp tvitində “Dünyanın ciddi olduğumuzu bildiyini görmək çox xoşdur, çünki biz ciddiyik!” qiymətləndirmə aparıb.
Onilliklər ərzində edilən səhvləri düzəltməyin asan olmayacağını deyən Tramp ABŞ-ın sərvətlərinin yenidən qurulmasının və qarşılıqlılığın təmin edilməsinin vacibliyini vurğulayıb.
Tramp investorları ABŞ-da istehsal etməyə çağıraraq, “Ən asan yol istəyənlər Amerikaya gəlsin, Amerikada istehsal etsinlər” deyib.
Trampın “azadlıq günü”
Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə ölkələrə tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini açıqlayıb.
Əsas tarif dərəcəsinin yüzdə 10 olacağını bildirən Tramp, digər ölkələrin tətbiq etdiyi tarifləri və tarifsiz maneələri nəzərə alaraq, ölkələrə görə dəyişən gömrük rüsumları dərəcələrini paylaşıb.
Şayəstə Hüseynova