image-c59a889e-9046-31aa-a0c9-46eb84bff9f8_850backend

Norveç və İslandiya Aİ-yə üzvlük məsələsini müzakirə edir

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət rüsumları və Qrenlandiyanı birləşdirmək təhdidləri Norveç və İslandiyanı Avropa İttifaqına (Aİ) daxil olmaq barədə düşünməyə vadar edib.

Elchi.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.

Şengen və Avropa İqtisadi Zonasına daxil olan Norveç və İslandiya vahid bazarın tənzimlənməsi qaydalarını tətbiq etsə də, səs vermək hüququna malik deyil. ABŞ-nin yeni tariflər tətbiq etməsindən sonra qeyri-müəyyənlik bəzi norveçli siyasətçiləri qane etməyib. “Norveç Avropaya, Avropa isə Norveçə lazımdır”, – ölkənin Baş naziri Yonas Qar Styöre daha əvvəl bildirmişdi. Sentyabr seçkilərindən sonra hakimiyyətə gələ biləcək mühafizəkar müxalifətin rəhbəri Edna Sulberq də dövlətin Aİ-yə daxil olmasının lehinə çıxış edib.

Keçmişdə Norveç 1972 və 1984-cü illərdə keçirilən referendumlardan sonra Avropa İttifaqına üzvlükdən iki dəfə imtina edib. “Le Figaro”nun məlumatına görə, Skandinaviya ölkəsinin əhalisinin 43 %-i hələ də belə bir təşəbbüsü dəstəkləmir, 37 %-i isə lehinədir.

İslandiya 10 ildən çox əvvəl Aİ-yə üzvlüklə bağlı ərizəsini geri götürüb, lakin hazırda hakimiyyətdə olan koalisiya 2027-ci ildə yeni referendum keçirməyi planlaşdırır. İslandiya əhalisinin 45 %-i Aİ-yə üzvlüyü dəstəkləyir, 35 %-i isə əleyhinə çıxış edir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki