BMT-nin sözçüsü Stefan Dujarrik verdiyi açıqlamada, BMT-nin baş katibi Antonio Quterreşin ABŞ-ın aprelin 17 və 18-də Yəmənin Ras İsa limanına və onun ətrafına çoxlu sayda mülki itki, o cümlədən beş yardım işçisinin yaralanmasına səbəb olduğu hava hücumlarından ciddi narahat olduğunu bildirib.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Yaxınlıqdakı tibb müəssisələrini dəstəkləmək üçün humanitar yardım səfərbər edilib.O, həmçinin liman infrastrukturuna ciddi ziyan dəyməsi və neftin Qırmızı dənizə sızması ilə bağlı xəbərlərdən narahatdır.
Baş katib həmçinin Husilərin İsrail və Qırmızı dənizdə davam edən raket və pilotsuz təyyarə hücumlarından dərin narahatdır və husiləri bu cür hücumları dərhal dayandırmağa çağırır”, – deyə bəyanatda qeyd olunub.
BMT sözçünün sözlərinə görə, təşkilat rəhbəri həmçinin vurğulayıb ki, Husilərin ticarət gəmilərinə hücumları ilə bağlı Təhlükəsizlik Şurasının 2768 (2025) saylı qətnaməsinə tam əməl olunmalıdır.
“Baş katib xatırladır ki, beynəlxalq hüquqa, o cümlədən tətbiq olunan beynəlxalq humanitar hüquqa hər zaman hörmət edilməlidir və o, hamını mülki şəxslərə və mülki infrastruktura hörmət etməyə və qorumağa çağırır. Baş katib regionda vəziyyətin daha da gərginləşməsi riskindən dərin narahatdır və hamını maksimum təmkinli olmağa çağırmaqda davam edir.
Baş katib həmçinin husilər tərəfindən özbaşına saxlanılan bütün BMT-nin və digər əməkdaşlarının dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışını təkrarlayır”, – deyə BMT sözçüsü bildirib.
Yeganə