image-c76e891b-9872-31e6-8cf0-24684f350a12_850backend

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bürünc medal uğrunda oyunlar keçiriləcək Komanda

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bu gün üçüncü yer uğrunda oyunlar keçiriləcək.

Elchi.az -ın məlumatına görə, qadınların yarışında “Gəncə” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da start götürəcək. İlk görüşdə “Murov Az Terminal” qalib gəlib – 3:1 (25:18, 23:25, 25:18, 25:17).

Kişilərin mübarizəsində isə bürünc medal uğrunda ilk matç baş tutacaq. Saat 17:00-da “Neftçi” və “Xilasedici” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, iki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki