image-5411909backend

Əraqçi İtaliyanın xarici işlər naziri ilə görüşüb

İranın xarici işlər naziri Abbas Əraqçi İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşüb.
Elchi.az xəbər verir ki, ABŞ ilə danışıqlar aparmaq üçün Romaya səfər edən İran xarici işlər naziri Abbas Əraqçi danışıqlardan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib.
Tehran və Vaşinqton arasında dolayı danışıqların ikinci raundu bu gün İtaliyanın paytaxtı Romada keçiriləcək.
Aprelin 12-də İran və ABŞ nümayəndə heyətləri Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə Maskatda dolayı danışıqların ilk raundu keçirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki