İsrail ordusu Livanın cənubundakı sərhədyanı Nəbatiyə qəsəbələrinə silsilə hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri səhər saatlarından etibarən ölkənin cənubunda intensiv uçuşlar həyata keçirir.
İsrail döyüş təyyarələri Nebatiye şəhərinin Arnun, Kafr Tebnin və Yahmur əş-Şikayf yaxınlığındakı əraziləri ardıcıl hücumlarla hədəfə alıb.
İsrail ordusu da Cizzin bölgəsində bir neçə nöqtəyə hava zərbələri endirib.
Bu hücumlar nəticəsində dəyən maddi ziyan və insan tələfatı ilə bağlı məlumat verilməyib.
İsrail hava qüvvələrinin gün ərzində Livanın cənubundakı Səidə və Nəbatiyə şəhərlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu razılaşmanı tez-tez pozur.
Şayəstə Hüseynova