Zaporojye istiqamətində vəziyyət kifayət qədər mürəkkəbdir. Rusiya ordusu hücumlarının sayını dəfələrlə artırıb.
Elchi.az xəbər verir ki,bunu Ukrayna Silahlı Qüvvələrinin cənub dairəsi üzrə rəsmisi polkovnik Vladislav Voloşin bildirib.
“Rusiya ordusu hazırda hücum əməliyyatlarını davam etdirir. Təkcə son bir neçə gün ərzində iki dəfə irimiqyaslı hücum həyata keçiriblər. Zirehli texnika və tanklarla təchiz olunan piyada qrupları artilleriya və dronlarla hücum təşkil ediblər. Lakin qüvvələrimiz bu hücumları dəf edib. Düşmən böyük itkilər verib. Bu təxminən 140-150 nəfər şəxsi heyət, 30-dan çox texnika vahididir”, – polkovnik vurğulayıb.
V.Voloşinin sözlərinə görə, ərazi itkisi olmayıb: “Biz vəziyyətin daha da gərginləşəcəyini, hücumların kəskinləşəcəyini proqnozlaşdırırıq. Çünki düşmənin bu istiqamətdə cəmləşdirdiyi qüvvə və vasitələr kifayət qədər əhəmiyyətlidir”, – o əlavə edib.