Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezidenti Donald Trampın mayın 9-da Moskvaya gəlməsi ilə bağlı söhbət yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
2025-ci ildə Slovakiyanın baş naziri Robert Fiko, Serbiya prezidenti Aleksandr Vuçiç, Fələstin prezidenti Mahmud Abbas, Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Çin prezidenti Xi Jinping Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək planlarını açıqlayıblar.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Andrey Rudenko Moskvada keçiriləcək Qələbə Paradına Asiya ölkələrinin bir çox liderlərinin dəvət olunduğunu bildirmişdi.
Nuranə Məmmədova