image-trump-46backend

Tramp: Rusiya-Ukrayna razılaşması bu həftə baş verə bilər

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna prosesinin müsbət irəlilədiyini ifadə edərək, “Bu həftə Rusiya-Ukrayna razılaşmasının əldə olunma ehtimalı çox yüksəkdir” deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evin bağçasında keçirilən Pasxa mərasimində Rusiya-Ukrayna prosesi və İranla danışıqlarla bağlı açıqlamalar verib.
Bu həftə Rusiya ilə Ukrayna arasında razılaşma əldə etmək şansının olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib: “Bəli, var. Rusiya-Ukrayna razılaşmasının bu həftə baş verməsi ehtimalı çox yüksəkdir”.
ABŞ prezidenti İranla danışıqların necə getdiyi ilə bağlı suala da “İranla çox yaxşı danışıqlarımız oldu” deyə cavab verib. O, belə cavab verdi.
Ölkənin iqtisadi vəziyyətinin yaxşı getdiyini deyən Tramp, Avropa Birliyi (AB) ilə tariflərlə bağlı razılığa gəlmək ehtimalının yüksək olduğunu bildirərək, “Son nəticədə hamı ilə razılaşacağıq” deyib.
Məsələ ilə bağlı aprelin 18-də verdiyi açıqlamada həm Rusiya, həm də Ukraynaya müraciət edən Tramp, “Biz bunu tez bir zamanda yerinə yetirmək istəyirik, konkret gün sayı yoxdur (müqavilə bağlanması üçün), lakin biz bu müharibənin tez bitməsini görmək istəyirik. Rusiya-Ukrayna danışıqları hazırda yekunlaşmaq üzrədir. Bu razılaşmanı əldə etmək üçün həqiqətən yaxşı şansımız var”- ifadələrdən istifadə edib.
Tramp İranla birbaşa danışıqlarla bağlı da “İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün buradayam. İranın nüvə silahı ola bilməz, əgər varsa, hamınız çox bədbəxt olacaqsınız və həyatınız böyük təhlükə altında olacaq” deyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki