image-66511d4e-13b4-11f0-96e2-ac1f6bad3ff4_1024backend

Aİ Litva və Estoniyanı İHA-lardan müdafiə etməyi rədd edir

Aİ Litva və Estoniyada “dron divarı”nı maliyyələşdirməkdən imtina edir.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Rusiya ilə sərhəddə “dron divarının” tikintisini maliyyələşdirməkdən imtina edib.
Bu layihə üçün pul Litva və Estoniyaya ayrılmalı idi. Litva və Estoniya sərhəd xidmətlərinin Rusiya ilə sərhədlərində müşahidə və əks-dron avadanlığının alınması və quraşdırılması üçün Aİ-yə maliyyə yardımı üçün müraciət etdiyi bildirilir. Bu məqsədlər üçün Baltikyanı ölkələrə üç il ərzində təxminən 12 milyon avro ayrılması planlaşdırılırdı. Lakin Avropa Birliyi indi bu ideyadan vaz keçib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki